Banklardakı əmanətlər artıb
Biznes
15:06 30 noy, 2022
Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il noyabrın 1-nə 11 milyard 500 milyon manata çatıb.
Qazet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2,4% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 29,4% artıb.
Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında bu əmanətlərin həcmi 8 milyard 887.4 milyon manat təşkil etmişdi.