Banqladeşdə onminlərlə etirazçı hökumətin tam tərkibdə istefasını tələb edir - VİDEO
Xəbərlər
07:46 11 dek, 2022
Banqladeşin paytaxtı Dəkkədə minlərlə insan ölkənin baş naziri Şeyx Hasinanın yürütdüyü siyasətə etiraz olaraq mitinq keçirir.
Müxalifət partiyasının on minlərlə tərəfdarı baş nazir Şeyx Hasinanın və hökumətin tam tərkibdə istefasını və yeni seçkilərin keçirilməsini tələb edir.
Polis şəhərə gedən yollarda nəzarət-buraxılış postları qurub , təhlükəsizlik gücləndirib.
Məlumata görə, mitinqə 200 minə yaxın insan qatılıb.