"Barselona" ilə "Bavariya" Levandovskinin transferində razılığa gələ bilmir
İdman
10:34 27 iyn, 2022
Qeyd edək ki, futbolçu ilə Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu da maraqlanır.

İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" futbol klubları 33 yaşlı polşalı hücumçu Robert Levandovski ilə bağlı müqavilənin şərtlərində razılığa gələ bilmirlər.
Qazet.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
"Bavariya"nın polyak üçün 60 milyon avro tələb etdiyi bildirilir. Lakin “Barselona” futbolçunun yaşını və Münhen klubu ilə başa çatan müqaviləsini nəzərə alaraq, bu məbləği ödəməyə hazır deyil.
Qeyd edək ki, futbolçu ilə Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu da maraqlanır.