“Barselona”nın zərəri 481 milyon avrodur
İdman
19:39 17 sen, 2021
Barselonanın başı problemdən açılmır
“Barselona”nın problemləri getdikcə artır.
Qazet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nəticələri pisə doğru gedən Kataloniya təmsilçisində maliyyə böhranı da böyüyür.
Klubun 2020/21 mövsümündəki zərərinin məbləği açıqlanıb - 481 milyon avro.
Klub saytı xəbər verir ki, oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin aşkarlanması üçün geniş yoxlama işləri aparılacaq. Güman edilir ki, sözügedən yoxlama klubda ciddi kadr ixtisarlarına səbəb olacaq.
“Barselona” hazırda La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.