"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb
Gündəm
09:15 17 okt, 2022
İspaniyanın "Barselona" klubunun prezidenti Xoan Laportanın oğlu Gillem Laporta Madriddə saxlanılıb.
Qazet.az "20minutos.es" nəşrinə istinadən xəbər verir ki, o, paytaxtda restoranların birində sevgilisi ilə münaqişəyə görə tutulub.
Gillem Laportanın restoranda onlarla insanın gözü önündə xanımı hədələyərək silkələdiyi bildirilir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə də aqressiv davranıb və hətta saxlanılmasına müqavimət göstərib.
G. Laporta bu gün kobud və aqressiv rəftarda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq
Qeyd edək ki, "Barselona" La Liqanın IX turunda "Real Madrid"ə 1:3 hesabı ilə uduzub.