Barselonada 700 min insan yürüşə çıxdı
Xəbərlər
01:19 12 sen, 2022
İspaniyanın Barselona şəhərində Kataloniyanın müstəqilliyinin tərəfdarı olan yüzminlərlə insan yürüşə çıxıb.
Qazet.az xəbər verir ki, bu barədə “La Vanquardia” yazıb
Məlumata görə, aksiya Kataloniya Milli Assambleyasının təşkilatçılığı ilə baş tutub. İştirakçılar mərkəzi küçələrlərlə yürüş edərək, parlament binası önündə yekunlaşdırıblar.
Təşkilatçılar aksiyaya 700 minə yaxın insanın gəldiyini, şəhər rəhbərliyi və hüquq-mühafizə orqanları isə 150 minə yaxın iştirakçının olduğunu açıqlayıb. Yürüş zamanı heç bir insident qeydə alınmayıb.