Bakı 19˚C Sunny

Barzani: İŞİD ilə mübarizədə Bağdadla əməkdaşlığı artırmaq istəyirik

Gündəm 13:16 29 noy, 2021

İŞİD-in hücumu zamanı Peşmərgə qüvvələrindən 5 nəfər ölüb, 3-ü yaralanıb

Barzani: İŞİD ilə mübarizədə Bağdadla əməkdaşlığı artırmaq istəyirik

Ötən gecə İŞİD İraqın Kürdüstan bölgəsinə terror hücumu təşkil edib.

Qazet.az ərəb mənbələrinə istinadən xəbər  verir ki, İraq Kürd Regional İdarəçiliyinin başçısı bu terror qruplaşması ilə mübarizə aparmaq üçün Ərbil ilə Bağdad arasında əməkdaşlığın və birgə səylərin genişləndilməsi niyyətində olduqlarını bildirib.

“İŞİD-in genişlənməsi və davamlı hücumları ciddi və təhlükəli xəbərdir. Çünki İŞİD-in hücumları regionda real təhlükə yaradır” deyə Barzani bildirib.

O, regionda İŞİD-in fəaliyyətinin qarşısının alınması üçün İraq ordusu və Peşmərgə qüvvələrinin birgə hərəkət etməli olduqlarını vurğulayıb.