Səhiyyə Nazirliyi koronavirus xəstələrinə xəbərdarlıq edib
Cəmiyyət
17:59 15 sen, 2021
Vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil
“RnT viruslar daha çox dəyişir”.
Qazet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, COVID virusu da RnT tərkibli virus olduğu üçün dəyişir, mutasiayaya uğrayır: “Harada yoluxma sayları çoxdur, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir. Ona görə, əksər ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.
Baş infeksionist qeyd edib ki, iki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil: “Bunun digər səbəblərini araşdırmaq lazımdır”.