Bakı 17˚C Windy

Baş katib: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik"

Gündəm 22:34 14 dek, 2021

“Bütün bu məsələlər diplomatik şəkildə həll edilməlidir. NATO heç bir tərəf tutmur"

Baş katib: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik"

“Biz qətiyyətlə inanırıq ki, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasına ehtiyac var. Təbii ki, bütün bu proseslər doğru məcrada inkişaf etməkdədir. Ən mühüm məsələlərdən biri də odur ki, zorakılığa gətirib çıxaran xatirələrdən qaçmaq lazımdır".

Qazet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Bütün bu məsələlər diplomatik şəkildə həll edilməlidir. NATO heç bir tərəf tutmur. Belə ki, həm Azərbaycanı, həm də Ermənistanı dəyərli tərəfdaşımız kimi görürük. Biz iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”, - Baş katib bildirib.