Bakı 4˚C Windy

Baş Klinik Hospitalda təlim-metodiki toplanış keçirilib

Cəmiyyət 15:15 29 dek, 2022
Baş Klinik Hospitalda təlim-metodiki toplanış keçirilib

Təsdiq edilmiş hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında 2022-ci ilin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Qazet.az xəbər verir ki, qoşun növü tibb xidməti rəisləri, eləcə də tibbi hərbi hissə, müəssisələrin komandir və rəislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.

Qeyd olunub ki, 2022-ci il ərzində bütün hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı tibb işçiləri tərəfindən lazım olan hər bir tibbi yardım yüksək səviyyədə göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.

Toplanışda həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.