Baş nazir Zelenskiyə zəng etdi
Gündəm
14:53 06 yan, 2023
Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.
Qazet.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Yaponiyanın baş naziri bu il G7-yə sədrlik edəcək Tokionun Rusiyaya qarşı sanksiyalarını davam etdirəcəyini və Ukraynaya dəstək verəcəyini vəd edib.
Ukrayna tərəfinin Tokiodan Kişidanın Ukraynaya səfərini xahiş etdiyinə görə, liderlərin sözügedən səfəri də müzakirə etdikləri ehtimal edilir.