Bakı 25˚C Sunny

Baş nazirdən İran xəbərdarlığı – “Anlaşmanı pozaraq...”

Gündəm 15:18 06 iyl, 2022

Bunu Fransa Prezidenti Emmanuel Makronla görüşdən əvvəl İsrail Baş naziri Yair Lapid deyib

Baş nazirdən İran xəbərdarlığı – “Anlaşmanı pozaraq...”

İranla mövcud status-kvonun saxlanması Yaxın Şərqdə nüvə silahı yarışına gətirib çıxara bilər, bu, dünyada sülhü təhdid edəcək.

Qazet.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronla görüşdən əvvəl İsrail Baş naziri Yair Lapid deyib.

Onun sözlərinə görə, Fransa və İsrail İrana qarşı bu yanaşmada həmfikirdir.

Lapid İranın 2015-ci ildə imzalanmış sazişi pozduğunu və nüvə proqramını genişləndirməyə davam etdiyini bildirib.

Baş nazir İranı silahlandırdığı Hizbullahla bağlı da xəbərdar edib, deyib ki, İsrail bu təşkilatın hücumlarına göz yummayacaq.