Baş prokuror Füzulidə Şəhidlər abidəsini ziyarət edib
Gündəm
17:42 28 sen, 2021
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sentyabrın 27-də - Anım Günündə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılan abidəni ziyarət edib.
Bu barədə Qazet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.