Baş prokuror İrana getdi
Siyasət
10:22 30 avq, 2022
![Baş prokuror İrana getdi](https://qazet.az/resized/fit900x500/center/pages/99604/k.jpg)
İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.
Qazet.az xəbər verir ki, səfər zamanı İran İslam Respublikasının Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.