Baş prokuror: "Ötən il 21 206 şəxsin cinayət törətdiyi müəyyən edilib"
Cəmiyyət
15:05 24 yan, 2022
Bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib

“Ötən il 21 206 şəxsin cinayət törətdiyi müəyyən edilib”.
Qazet.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, kişilər bütün törədilmiş cinayətlərin 94 faizini, qadınlar isə 5,5 faizini və yetkinlik yaşına çatmayanlar isə 1,6 faizi təşkil edir: “Sərxoş vəziyyətdə törədilən cinayətlərin sayında azalma müəyyən olunur”.