Bakı 15˚C Windy

Prokurorluq mina partlayışı ilə bağlı araşdırmaya başladı

Siyasət 12:10 30 avq, 2022
Prokurorluq mina partlayışı ilə bağlı araşdırmaya başladı

Qubadlı Rayon Prokurorluğunda minana partlaması ilə bağlı araşdırmalara başlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.