Bakı -1˚C Rain

Baş Prokurorluq: "Paytaxt sakininin qətli ilə bağlı istintaq aparılır"

Gündəm 22:47 04 okt, 2021

"KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

Baş Prokurorluq: "Paytaxt sakininin qətli ilə bağlı istintaq aparılır"

Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda istintaq aparılır.

Bu barədə qazet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: "Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".