Baş Qərargah rəisi ABŞ-dakı səfirliyimizdə - FOTO
Gündəm
23:46 28 noy, 2022
![Baş Qərargah rəisi ABŞ-dakı səfirliyimizdə - FOTO](https://qazet.az/resized/fit900x500/center/pages/126823/1669662110-638502d948b29638502d948b2a1669661401638502d948b24638502d948b27.jpg)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində olub.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
"Amerika Birləşmiş Ştatlarında səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Səfirliyimizi ziyarət etmişdir", - deyə məlumatda qeyd olunub.