Bakı 5˚C Intermittent clouds

Baş verən yanğında 27 nəfərin ürəyi dayandı

Hadisə 16:17 17 dek, 2021

Yanğının səbəbi və digər təfərrüatlar hələlik müəyyən edilməyib. 

Baş verən yanğında 27 nəfərin ürəyi dayandı

Yaponiyanın qərbində yerləşən Osaka şəhərində yanğın hadisəsi baş verib.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın səkkiz mərtəbəli binada olub. Binada daxili xəstəliklər klinikası, ingilis dili məktəbi və digər ofislər yerləşib.

Osaka yanğınsöndürmə idarəsinin rəisi Kişimoto bildirib ki, yanğın Kitaşinçi ticarət və əyləncə məhəlləsində səkkiz mərtəbəli binanın dördüncü mərtəbəsində yaranıb. 

O, əlavə edib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 27-nin ürəyi dayanıb. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara köçürülüb.

Yaponiya mediası dörd nəfərin öldüyünü bildirsə də, rəsmilər bunu təsdiqləməkdən imtina ediblər.

Yanğınsöndürənlərin sözlərinə görə, qurbanların çoxu klinikanın dördüncü mərtəbəsində olub. 

Kişimoto bildirib ki, binanın digər mərtəbələrindəki insanlar təhlükəsiz şəkildə təxliyə edilib.

Osaka polisi bildirib ki, yanğının qəsdən və ya təsadüfi olub olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

Yapon rəsmiləri yanğını söndürmək üçün cəmi 70 yanğınsöndürən maşından istifadə edildiyini və təcili yardım çağırdıqdan sonra 30 dəqiqə ərzində söndürüldüyünü bildirib.