Bakı 21˚C Mostly sunny

Basketbolçu NBA-da tarixi rekorda imza atıb - VİDEO

İdman 12:52 15 dek, 2021

İdmançı buna "Nyu-York Siti"ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub

Basketbolçu NBA-da tarixi rekorda imza atıb - <span style="color:red">VİDEO</span>

"Qolden Steyt"in oyunçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.

Qazet.az xəbər verir ki, 33 yaşlı idmançı buna "Nyu-York Siti"ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub.

Karrinin 3 xallıq atışlarından 5-i dəqiq alınıb. O, karyerasında 2977 dəfə qövsdən kənarda fərqlənməyi bacarıb. Basketbolçu "Boston" və "Mayami"də çıxış etmiş Rey Allenin (2973) rekordunu arxada qoyub.

Qeyd edək ki, Stefen Karri üç dəfə NBA çempionu olub.

Mənbə