"Başqalarının ərazisini ələ keçirmək planımız yoxdur"- Paşinyan
Siyasət
16:02 25 okt, 2021
Ermənistanın Baş naziri silahlı qüvvələrdən təcavüz üçün istifadə edilməyəcəyini bildirib
"Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, aqressiyadan qorunmaq üçün inkişaf etdirib islahatlar aparacaq".
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci ilin büdcə layihəsini təqdim edərkən deyib.
Paşinyan hesab edir ki, bu bölgədə kommunikasiyanın bərpası, blokadanın açılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər.