Bakı 17˚C Mostly sunny

Başqırdıstan respublikasının birinci prezidenti vəfat edib

Hadisə 01:15 12 yan, 2023
Başqırdıstan respublikasının birinci prezidenti vəfat edib

Rusiyanın Başqırdıstan respublikasının birinci prezidenti Murtaza Rəhimov vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Murtaza Rəhimov uzun müddət çəkən xəstəlikdən sonra 88 yaşında vəfat edib.

Xatırladaq ki, Murtaza Rəhimov 1993-cü ildə Başqırdıstan respublikasının prezidenti olub.

1993-2001-ci illərdə Federasiya Şurasının üzvü və Rusiya Dövlət Şurasının üzvü olub.

2010-cu il iyulun 15-də Başqırdıstan prezidenti vəzifəsindən istefa verib.