16 saat batmış qayıqda sağ qaldı
62 yaşlı dənizçi qayığın içindəki hava qabarcığından istifadə edərək 16 saat sağ qalıb
Fransız dənizçi Atlantik okeanında batmış qayıqda 16 saat sağ qalıb
Qazet.az “BBC News”-a istinadən xəbər verir ki, 62 yaşlı dənizçi qayığın içindəki hava qabarcığından istifadə edərək 16 saat sağ qalıb.
Belə ki, Portuqaliyanın paytaxtı Lissabondan yola düşən qayıq bazar ertəsi axşam saatlarında Atlantik okeanından qəza siqnalı göndərib.
İspaniyalı sahil mühafizəçiləri çevrilmiş qayığı tapıblar, lakin dənizdə hava şəraiti əlverişli olmadığına görə xilasetmə əməliyyatı ləngiyib və dənizçi səhər radələrinə qədər gözləməli olub.
Dalğıclar əvvəlcə adamın sağ qalması mümkünsüz hesab ediblər.
5 dalğıc və 3 helikopterin olduğu xilasetmə gəmisi sözügedə prosesdə iştirak edib.
Ertəsi gün iki dalğıc dənizçiyə kömək etmək üçün qayığın altında üzüblər, onun xilasedici geyimdən istifadə etdiyini və dizlərinə qədər suya batdığını gördülər.
Daha sonra kişi donmuş suya atılaraq qayığın altında dənizin səthinə doğru üzüb.