Batumi su altında qalıb
Cəmiyyət
16:32 22 sen, 2021
Batumidə bu gün də arabir yağış yağacaq, gecə saatlarında isə güclənəcək
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ötən gecə bir neçə saat yağan güclü yağış bir sıra ciddi fəsadlar yaradıb.
Report xəbər verir ki, şəhərdə onlarla küçə su altında qalıb, piyadalar və avtomobillərin hərəkəti iflic olub.
Ticarət obyektləri və yaşayış binalarının birinci mərtəbələrini də su basıb.
Sinoptiklərin proqnozlarına əsasən, Batumidə bu gün də arabir yağış yağacaq, gecə saatlarında isə güclənəcək.