Bakı 18˚C Partly sunny w/ showers

“Batumidə dağıntılar altında 15-ə yaxın insan var”

Gündəm 19:20 08 okt, 2021

Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan var

“Batumidə dağıntılar altında 15-ə yaxın insan var”

“Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan var”.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerində olan nazirin sözlərinə görə, onların ikisi xilasediciləri köməyə çağırır.

V.Qomelauri qeyd edib ki, hadisənin dəqiq səbəbi bilinməsə də, ilkin səbəb kimi binanın birinci mərtəbəsində aparılan təmir işləri göstərilir. O, hadisənin qaz sızması nəticəsində baş verməsini istisna edib.

Nazir deyib ki, xilasetmə işlərinə 200-ə yaxın xilasedici və xüsusi texnika səfərbər olunub.

Mənbə