“Bavariya” səfərdə rəqibi darmadağın etdi
İdman
12:26 24 yan, 2022
Turnir cədvəlinə 49 xalla "Bavariya" başçılıq edir

Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.
Qazet.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. “Leyptsiq” doğma meydanda “Volfsburq”u 2 cavabsız qolla qalib gəlib. Lider “Bavariya" səfərdə "Herta"nı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 49 xalla "Bavariya" başçılıq edir.
"Leyptsiq" – "Volfsburq" - 2:0
Qol: Orban, 76, Qvardiol, 84
"Herta" – "Bavariya" - 1:4
Qol: Ekkelenkamp, 80 – Tolisso, 25, Müller, 45, Sane, 75, Qnabri, 79