"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib
İdman
17:28 12 noy, 2022
Almaniya "Bavariya"sı futbolçusu Yosip Stanişiçlə yeni müqavilə imzalayıb.
Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
22 yaşlı oyunçu 2021-ci ilin avqustundan Münhen təmsilçisində çıxış edir. O, cari mövsüm 11 qarşılaşmada meydana çıxıb.
Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan Yosip Stanişiç noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.