Bakı 26˚C Intermittent clouds

"Bavariya"nın baş məşqçisi koronavirusdan sağalıb

Gündəm 19:43 02 noy, 2021

34 yaşlı mütəxəssis komandaya qayıdıb

"Bavariya"nın baş məşqçisi koronavirusdan sağalıb

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Yulian Nagelsman koronavirusdan sağalıb.

Qazet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssis komandaya qayıdıb.

Nagelsman bu gün Portuqaliya "Benfika"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda iş başında olacaq.

Qeyd edək ki, Yulian Nagelsman oktyabrın 20-də "Benfika"nı 4:0 hesabı ilə məğlub etdikləri III tur matçını buraxıb. Ertəsi gün onun testi müsbət çıxıb.