Bakı 26˚C Sunny

"Bavariya"nın biyabırçı məğlubiyyəti 43 illik antirekordu təzələdi

Gündəm 12:12 28 okt, 2021

Klub 43 ildən sonra ilk dəfə hansısa qarşılaşmada 5 və ya daha çox top fərqi ilə məğlub olub

"Bavariya"nın biyabırçı məğlubiyyəti 43 illik antirekordu təzələdi

Almaniyanın "Bavariya" klubu yeni antirekorda imza atıb.

Qazet.az-ın məlumatına görə, Münhen təmsilçisi buna Mönxenqladbax "Borussiya"sına 0:5 hesabı ilə uduzduqları ölkə kubokunun 1/16 final matçında nail olub.

Klub 43 ildən sonra ilk dəfə hansısa qarşılaşmada 5 və ya daha çox top fərqi ilə məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 1978-ci ildə Bundesliqada "Fortuna"ya 1:7 hesabı ilə yenilib.