Baxçalı Ərdoğana Türk dünyasının xəritəsini təqdim etdi – FOTO
Gündəm
11:57 18 noy, 2021
Türk xalqlarının yaşadıqları digər ərazilər isə narıncı və sarı rənglərdə qeyd edilib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini təqdim edib.
Qazet.az xəbər verir ki, xəritədə Azərbaycan da daxil olmaqla, müstəqil türk respublikaları qırmızı rəngdə, türk xalqlarının yaşadıqları digər ərazilər isə narıncı və sarı rənglərdə qeyd edilib.
İkincilərə Balkan yarımadasının bir hissəsi, Rusiyanın cənub əraziləri və şərqi Sibir, eləcə də Çinin Sintszyan-Uyğur muxtar vilayəti daxildir.