Bakı 28˚C Sunny

Bayden 11 sentyabr terroru qurbanlarının anım mərasimində iştirak edib

Xəbərlər 23:46 11 sen, 2022
Bayden 11 sentyabr terroru qurbanlarının anım mərasimində iştirak edib

ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr terroru qurbanlarının anım mərasimində iştirak edib.

Bu barədə qazet.az Ağ Evin tviter səhifəsinə istinadən xəbər verir.

"Bu gün Prezident Bayden Pentaqonda 11 sentyabr hadisələri qurbanlarının anım mərasimində iştirak edib.

21 il əvvəl Nyu-Yorkda, Şanksvildə, Pensilvaniyada və Pentaqonda bizdən oğurlanan 2 977 qiymətli həyatı heç vaxt unutmayacağıq", - Ağ Evin tviter səhifəsində qeyd olunub.