Bayden: "Avstraliya ABŞ-ın ən yaxın və etibarlı müttəfiqidir"
Gündəm
09:17 22 sen, 2021
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton və Kanberranın bir çox ümumi mövzu və planları var.
![Bayden: "Avstraliya ABŞ-ın ən yaxın və etibarlı müttəfiqidir"](https://qazet.az/resized/fit900x500/center/pages/26402/e94bded2-6986-41c6-97d9-65a5b9bce26f.jpeg)
Avstraliya ABŞ-ın ən yaxın və etibarlı müttəfiqidir.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Avstraliyanın Baş naziri Skott Morrisonla görüşündə deyib.
"ABŞ-ın Avstraliyadan daha yaxın və etibarlı müttəfiqi yoxdur. Ölkələrimiz uzun müddət çiyin-çiyinə dayanıb və bir-birimizə güvənə bilərik", - Bayden qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton və Kanberranın bir çox ümumi mövzu və planları var.