Bayden BMT Baş Assambleyasında çıxış edəcək
Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib
ABŞ prezidenti Co Bayden, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış etmək üçün 21 Sentyabrda Nyu -Yorka gedəcək.
Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
Politico qəzetinin ötən həftə xəbər verdiyi kimi, Bayden administrasiyası sentyabr ayında koronavirus pandemiyası və peyvənd məsələləri ilə əlaqədar beynəlxalq sammit keçirməyi təklif etmək niyyətindədir. Sammitin BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində keçiriləcəyi gözlənilir. ABŞ, koronavirusla mübarizədə koordinasiyanı inkişaf etdirmək səylərini digər ölkələrlə bir çox sahədə müzakirə etməyi planlaşdırır.
Xatırladaq ki, nüfuzlu ABŞ nəşri olan Washington Post qəzetinin yazdığına görə, sammitin sentyabrın 22 -də keçirilməsi planlaşdırılır.
-