Bakı 10˚C Cloudy

Bayden fövqəladə vəziyyət elan etdi

Siyasət 21:25 18 sen, 2022
Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib.

"Qazet.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda oun daxilində küləyin sürəti təxminən 30 m/s təşkil edir.