Bakı 18˚C Mostly sunny

Bayden həyat yoldaşını 10 il "cavanlaşdırdı"

Maraqlı 09:36 24 sen, 2022
Bayden həyat yoldaşını 10 il "cavanlaşdırdı"

ABŞ prezidenti Co Bayden arvadının yaşını qarışdıraraq onu 10 il "cavanlaşdırıb".

Qazet.az xəbər verir ki, bu anlaşılmazlıq ABŞ liderinin tərəfdarları ilə görüşündə baş verib.

"Biz çox uzun müddətdir bir yerdəyik. Onun 12, mənim 30 yaşım var idi, amma yenə də bu qadın mənə çox şey əldə etməyə kömək etdi", - Bayden deyib.

Əslində Baydenin arvadı ondan 18 deyil, 8 yaş kiçikdir.

Əvvəllər Bayden Nyu-Yorkda keçirilən Qlobal Fondun HİV Konfransında çıxışından sonra xoşagəlməz vəziyyətə düşmüşdü. Çıxışını tamamladıqdan sonra özü səhnəni tərk edə bilməyib.

O, BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ və Birləşmiş Millətlər Təşkilatının adlarını da qarışdırıb.