Bakı 28˚C Sunny

Bayden II Elizabetin dəfn mərasimində iştirak edəcək

Xəbərlər 00:46 12 sen, 2022
Bayden II Elizabetin dəfn mərasimində iştirak edəcək

ABŞ prezidenti Cozef Bayden Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak üçün Londondan rəsmi dəvəti qəbul edib.

Qazet.az-ın məlumatına görə, bu barədə Ağ Evin bəyanatında deyilir.

"Bu səhər Prezident Bayden ÜIyahəzrət Kraliça II Elizabetin sentyabrın 19-da keçiriləcək dövlət dəfn mərasimində iştirak dəvətini rəsmi olaraq qəbul edib. Onu birinci xanım (Cill Bayden-red) müşayiət edəcək", - bəyanatda deyilir.