Bakı 0˚C Mostly cloudy

CNN - Bayden koronavirusa qarşı 5-ci peyvəndini vurdurdu

Gündəm 01:05 26 okt, 2022
CNN - Bayden koronavirusa qarşı 5-ci peyvəndini vurdurdu

ABŞ prezidenti Co Bayden ictimaiyyəti 5-ci dəfə Covid-19-a qarşı peyvənd etməyə çağırıb.

Qazet.az 
xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

"Mən bütün amerikalıları mümkün qədər tez peyvənd olmağa çağırıram" Bayden peyvənd olmadan öncə açıqlamasında bildirib.

ABŞ-da Covid-19 səbəbiylə 1 milyondan çox insanın həyatını itirdiyini xatırladan Bayden, "Bu xəstəlikdən ölənlərin sayını azaltmaq üçün indi çox şey edə bilərik. Peyvəndlərimiz var, müalicələrimiz var. Bu, sizin və yaxınlarınızın sağlamlığı ilə bağlıdır”.
 

Daha çox irəliləyişin lazım olduğunu söyləyən Bayden, ictimaiyyəti bu ayın sonuna qədər peyvəndlərini olmağa çağırıb.