Bakı 21˚C Windy

Bayden növbəti həftələrdə prezidentliyə ikinci müddətə namizədliyini açıqlayacaq

Xəbərlər 00:35 08 yan, 2023
Bayden növbəti həftələrdə prezidentliyə ikinci müddətə namizədliyini açıqlayacaq

ABŞ Prezidenti Cozef Bayden yaxın həftələrdə 2024-cü ildə yenidən seçilmək üçün yekun qərarını verdiyini elan etməyi planlaşdırır.

Qazet.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

"Çox güman ki, prezident bunu fevralda açıqlayacaq", - nəşrdə qeyd olunur.

Eyni zamanda, prezidentin müşavirləri artıq Baydenin gələcək seçki kampaniyası ilə bağlı rəqəmsal materialların hazırlanması ilə bağlı görüşlər keçirirlər.

Qeyd edək ki, Bayden 2020-ci ildə ilk dəfə ABŞ prezidentİ seçilib.