Bakı 6˚C Intermittent clouds

Bayden Pensilvaniyada 11 sentyabr qurbanlarını yad edib

Gündəm 22:18 11 sen, 2021

Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb

Bayden Pensilvaniyada 11 sentyabr qurbanlarını yad edib

ABŞ Prezidenti Cozef Bayden Pensilvaniyada 11 sentyabr 2001-ci il terror hücumları qurbanlarını yad edib.

TASS  xəbər verir ki, bu barədə Amerika telekanalları məlumat yayıb.

Cozef Bayden xanımı ilə birlikdə anım mərasimində iştirak edib.

Bundan əvvəl Nyu-York şəhərində 11 sentyabr terror hücumlarında həlak olanların xatirəsini yad etmək üçün anım mərasimi keçirilib. ABŞ Prezidenti Co Bayden və xanımı Cill, sabiq prezident Barak Obama mərasimdə iştirak edib.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300-ə yaxın insan isə yaralanıb.