Bakı 3˚C Intermittent clouds

Bayden respublikaçıları Nümayəndələr Palatasında çoxluq qazanmaları münasibətilə təbrik edib

Gündəm 07:24 17 noy, 2022
Bayden respublikaçıları Nümayəndələr Palatasında çoxluq qazanmaları münasibətilə təbrik edib

ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü respublikaçıları seçkilərdən sonra Konqresin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmələri münasibətilə təbrik edib və onlarla qarşılıqlı əlaqədə olmağa hazır olduğunu açıqlayıb.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin yazılı bəyanatında deyilir.

“Mən lider (Respublikaçıların aşağı palatadakı lideri Kevin) Makkarti səs çoxluğu qazanması münasibətilə təbrik edirəm”, - Prezident yazılı bəyanatında bildirib. Demokrat Bayden əmin edib ki, o, “adi amerikalıların xeyrinə nəticələr əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə işləməyə hazırdır”.