Bakı 3˚C Dreary

Bayden Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham edib

Xəbərlər 21:14 21 sen, 2022
Bayden Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham edib

“Rusiyanın hərəkətləri BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”.

Qazet.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin-red) Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib”, - o bildirib.