Bakı -2˚C Windy

Bayden Rusiyanın işğalı ilə bağlı Zelenskini XƏBƏRDAR ETDİ

Gündəm 14:10 28 yan, 2022

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn bildirib

Bayden Rusiyanın işğalı ilə bağlı Zelenskini <span style="color:red">XƏBƏRDAR ETDİ</span>

 

ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskini Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair xəbərdar edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn “Twitter”də bildirib.

“Prezident qeyd edib ki, Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair açıq bir ehtimal var. O, bunu ictimaiyyət qarşısında da deyib və biz təxminən bir aydır ki, bu barədə xəbərdarlıq edirik”, - deyə Emili Horn bildirib.