Bakı 34˚C Sunny

Bayden Səudiyyə Ərəbistanına səfər etdi

Gündəm 23:11 15 iyl, 2022

Co Bayden Ər-Riyad Administrasiyasının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmaq qərarından sonra Tel-Əvivdən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk ABŞ Prezidenti oldu.

Bayden Səudiyyə Ərəbistanına səfər etdi

ABŞ Prezidenti Co Bayden İsrail, Fələstin və Səudiyyə Ərəbistanına regional səfərinin son dayanacağı olan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

Qazet.az xəbər verir ki, Baydeni daşıyan prezident təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib.

ABŞ Prezidentini hava limanında Məkkə əmiri şahzadə Xalid əl-Feysəl və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndər Əl Səud qarşılayıblar.

Qeyd edək ki, Bayden 20 yanvar 2021-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edir. Co Bayden Ər-Riyad Administrasiyasının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmaq qərarından sonra Tel-Əvivdən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk ABŞ Prezidenti oldu.