Bakı 15˚C Intermittent clouds

Baydenlə əlaqəli beyin mərkəzində gizli sənədlər tapılıb

Maraqlı 08:11 10 yan, 2023
Baydenlə əlaqəli beyin mərkəzində gizli sənədlər tapılıb

Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Qazet.az xəbər verir ki, hazırda ABŞ Ədliyyə Departamenti sənədlərin ora necə aparıldığını araşdırır. 2018-ci ildə Pensilvaniya Universitetinin dəstəyi ilə açılan Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində 10-a yaxın məxfi sənəd aşkarlanıb.

Ağ Evin faktı təsdiq edib. Belə ki, sənədlər Baydenin vəkilləri tərəfindən 2022-ci il noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl aşkar edilib. Bayden prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl sənədlər 2017-2019-cu illərdə onun istifadə etdiyi ofisdə olub.

Vəkillər ofisə gəlib və orada saxlanılan sənədləri toplayıblar. Gizli sənədlər digər məxfi olmayan sənədlərin olduğu qutudakı qovluqda olub.

Sənədlərdə konkret nədən bəhs edildiyi, eləcə də onların hansı məxfilik dərəcəsinə aid olduğu açıqlanmır. Bununla belə, mənbələr sənədlərdə nüvə məsələləri ilə bağlı məlumatların olmadığını vurğulayıblar.