Baydenlə Ərdoğan görüşəcəkmi? - Ağ Evdən açıqlama
Gündəm
04:12 27 okt, 2021
Qeyd edək ki, G-20 zirvəsi 30-31 oktyabrda İtaliyanın paytaxtı Romada keçiriləcək.
ABŞ Prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşəcəyi ilə bağlı Ağ Ev açıqlama yayıb.
“Qazet.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Cen Psaki Romada keçiriləcək G-20 zirvəsində görüşəcəyi ehtimal olunan liderlərin proqramında bəzi boşluqların olduğunu deyib:
“Türkiyə mühüm NATO müttəfiqimizdir və bir çox sahədə birlikdə işləyəcəyimiz ölkə olaraq qalmaqda davam edir. Daha əvvəl də dediyimiz kimi, proqramda bəzi boşluqlar var. Onun son variantını hazırlamağa çalışırıq”.
Qeyd edək ki, G-20 zirvəsi 30-31 oktyabrda İtaliyanın paytaxtı Romada keçiriləcək.