Baydenlə Putin yenidən görüşəcək?
Gündəm
11:17 22 dek, 2021
"Gərginliyin artmaqda davam etdiyi vaxtdansa, belə şəraitdə danışıqlar aparmaq daha məqsədəuyğundur”

"ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında yeni görüşlər hələ ki planlaşdırılmır".
“Qazet.az" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı mətbuat konfransında deyib.
“Hazırda bunu etmək planları yoxdur. Danışıqlar Ukrayna ətrafındakı vəziyyətin deeskalasiyası fonunda davam etməlidir. Biz həm də Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını çıxararaq gərginliyi azaltmasını istəyirik. Gərginliyin artmaqda davam etdiyi vaxtdansa, belə şəraitdə danışıqlar aparmaq daha məqsədəuyğundur”, - deyə Blinken qeyd edib.
tass