“Bayern”in oyununda alman azarkeşlərdən xüsusi etiraz
İdman
10:53 13 okt, 2022
Dünən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Viktoriya Plzen” və “Bayern” komandaları arasında matçda maraqlı hal yaşanıb.
Qazet.az xəbər verir ki, komandalarını dəstəkləməyə gələn almaniyalı azarkeşlər qonaq sektor üçün ayrılan bilet qiymətlərinə etiraz yönümlü pankart hazırlayıblar.
Çexiyada qonaq sektoru üçün ayrılan yerdə “Bayern” azarkeşləri “70 avro lənətə gəlsin!” (70 euro fuck you) yazılan pankart nümayiş etdiriblər.
Bu hal idman ictimaiyyətində birmənalı qarşılanmayıb.
Qeyd edək ki, əksər Avropa ölkələrində qonaq azarkeşlər üçün biletlər 25 avrodan başlasa da, Çexiyada dünənki oyunda bu məbləğ 70 avro olub.