"Baykar" Ukrayna ilə memorandum imzaladı
Gündəm
00:33 30 sen, 2021
Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraqdar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb.
Bildirilib ki, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraqdar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.