Bayram günləri bu qədər insana təcili yardım gəlib
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
Bu barədə Qazet.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım xidmətinə ötən il dekabrın 31-dən bu il yanvarın 4-dək ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.
Çağırışları sayı ən çox bu il yanvarın 1-də (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və yanvarın 3-də (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.