Bakı 11˚C Rain

Bazarda mənzil satışı dayandı: bahalaşma gözlənilir

Biznes 16:29 28 dek, 2021

Ən çox alğı-satqı kreditli mənzillər üzərindən baş verir

Bazarda mənzil satışı dayandı: bahalaşma gözlənilir

Mənzillərin qiymətinin təxminən 15-20% artacağı gözlənilir.

Qazet.az xəbər verir ki, bu sözləri Axar.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev mənzillərin satışında kəskin azalmanın səbəbi haqda danışarkən deyib.

O bildirib ki, ən çox alğı-satqı kreditli mənzillər üzərindən baş verir:

“2021-ci ildə tikinti materiallarının qiyməti kəskin artdı. Bu da birbaşa satış qiymətlərinə təsir etdi. Bu səbəbdən tikilməkdə olan yeni binalarda qiymət artımı qaçılmaz olacaq. Qiymət artımına təsir edən digər amil yeni tikililər üçün torpaq sahələrinin məhdudlaşdırılması, eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərtləşdirdiyi qərarlardır. Çünki zamanında icra hakimiyyətləri və digər orqanlar pərakəndə şəkildə tikinti üçün sərəncamlar verirdilər. Əgər bir ərazidə daha çox bina tikilə bilərdisə, hazırda bu, yarıya qədər azaldılıb. Bütün bunlar da qiymət artımına təsir edir”, - ekspert bildirib.